Lukaşenkodan Trampı qəzəbləndirəcək sözlər

20.04.2026

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın bir çox müsbət tərəfləri olsa da, SSRİ kimi orada da çoxlu cəfəng şeylər baş verir”.

Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko RT-yə verdiyi müsahibədə deyib.

“Bu cür şeylərin nələrə gətirib çıxardığını bilirsiniz. Bunun üçün bizim təcrübəmizə, Sovet İttifaqına baxın. ABŞ güclü ölkədir, amma indi süpergüc deyil.  İrandakı əməliyyat onun dünyaya “hər şeyə qadir” olmadığını sübut etdi”, – deyə o bildirib.

Bundan əlavə, RT jurnalisti ilə söhbəti zamanı Lukaşenko ABŞ-a yalnız Prezident Donald Trampla əl sıxmaq üçün səfər etmək istədiyi barədə şayiələri təkzib edib.

Belarus lideri etiraf edib ki, Amerika liderini görməkdən və onunla üz-üzə danışmaqdan məmnun olardı, lakin bu, bir məqsəd deyil.

Əliyar Xəlil
Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью