Bizim media saytına istinadən Icma.az xəbər verir.
Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyə hazır olduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, Lukaşenko bu barədə Fransanın “Le Point” jurnalına müsahibəsində danışıb.
Zelenski ilə görüşməyə hazır olub-olmadığı barədə suala cavab verən Belarus lideri onunla birlikdə Moskvaya gedə biləcəyini bildirib.
“Biz Volodya (Zelenskini nəzərdə tutur - red.) ilə oturub birlikdə Moskvaya uça bilərik. İkimiz. Mən isə onun təhlükəsizliyinin təminatçısı kimi”, – deyə Lukaşenko qeyd edib.
Belarus Prezidenti müharibənin dayandırılmasının vacibliyini bildirib. O qeyd edib ki, Rusiya, Ukrayna və Belarus öz gələcəklərini müstəqil şəkildə müəyyən etməlidirlər:
“Müharibə gedir, onu dayandırmaq lazımdır. Biz razılığa gələ bilərik. Hər halda, gələcəyimizin necə olacağını üçümüz birlikdə müəyyən edəcəyik. Biz üç slavyan xalqıyıq. Əsas olan da budur”.
Bizim.Media