Lukaşenkodan Zelenskiyə TÖVSİYƏ

27.11.2025

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Ukrayna prezidenti Volodimir Zelenski münaqişənin həlli ilə bağlı danışıqlara mane olmamalı, mövcud reallıqları etiraf etməlidir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko VGTRK jurnalisti Pavel Zarubinə şərhində bildirib.

"Mən bir dəfə müharibənin əvvəlində ona nə edəcəyini məsləhət görmüşəm. Əgər o, bunu etsəydi, 28 və ya nə qədər çox olsa belə hazırkı planlardakı müddəalar və sualların heç biri olmazdı", - o qeyd edib.

Lukaşenko əlavə edib ki, Ukrayna Minsk razılaşmalarına əməl etsəydi, heç bir münaqişə olmayacaqdı və ölkə 1991-ci il sərhədlərini saxlayacaqdı.

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью