Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenkonu hədələyib.
Globalinfo.az xəbər verir ki, o, həmkarının müharibənin başlanğıcında rus qoşunlarının Belarus ərazisindən irəliləməsinə icazə verdiyinə görə məsuliyyət daşıyacağını deyib.
“O, indi mediada xalqımıza necə “xeyirxah” olduğunu göstərir. Lukaşenkonun səhər saat dörddə raketlərlə etdiyi “yaxşılığına” ehtiyacımız yoxdur. Biz hər şeyi mükəmməl xatırlayırıq”, – Zelenski deyib.
Ukrayna lideri Lukaşenkonun əməllərinə görə cavab verəcəyini vurğulayıb:
“Belarus prezidenti öz ərazisindən hücuma icazə verdi və müharibə də oradan başladı. Bunu heç kim unutmayacaq”.
Zelenski həmçinin Belarusla bağlı istənilən sülh danışıqlarına qarşı çıxıb.
Qeyd edək ki, noyabrın 6-da Lukaşenko ukraynalıları Belarusa dəvət edib.
Əliyar Xəlil
Globalinfo.az