Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Belarus Prezidenti Aleksandr Lukaşenkonun kiçik oğlu Nikolay Lukaşenko hərbi xidmətə çağırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli KİV yazıb.
Belarus lideri bildirib ki, Nikolay hazırda orduda xidmət edir və leytenant rütbəsi daşıyır.
“Kiçik oğlum artıq orduda xidmət edir. Heç kim bilmirdi. Müdafiə naziri Viktor Xrenin onu çağırdı. O da gözlənildiyi kimi, hamı kimi orduda xidmət edir. Leytenantdır. Harada olduğunu deməyəcəyəm, amma ən çətin hissədədir”, - deyə Lukaşenko bildirib.
Onun sözlərinə görə, Nikolay hərbi xidmətdən əlavə, boş vaxtlarında universitetdə təhsil aldığı biotexnologiya sahəsini də öyrənməyə davam edir.
Qeyd edək ki, Nikolay Lukaşenko sərhədçi ailəsində böyüyüb. Aleksandr Lukaşenko 1975-1977-ci illərdə sərhəd qoşunlarında xidmət edib. Prezidentin digər oğulları Viktor və Dmitri də müxtəlif vaxtlarda sərhəd qoşunlarında xidmət keçiblər. Onlar qanunsuz miqrasiya və qaçaqmalçılıqla mübarizə aparan bölmələrdə xidmət ediblər.
Murad İsmayıl