Lukaşenkonun prezidentliyə namizədliyi qeydə alındı

23.12.2024

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko ölkədə keçiriləcək növbəti prezident seçkilərində namizəd kimi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Belarus Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Bununla da o, prezidentliyə namizədliyini yeddinci dəfə irəli sürmüş olacaq.

Qeyd edək ki, prezidentlik postu uğrunda 9 nəfər mübarizə aparacaq.

Xatırladaq ki, A. Lukaşenko 2020-ci ildə Belarusda keçirilən prezident seçkilərində 80,1 faiz səslə qalib gəlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью