Lukaşenkonun Putindən niyə Oreşnik istədiyi məlum oldu

26.01.2025

Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın “Oreşnik” komplekslərinin respublikada yerləşdirilməsinin ABŞ-nin Avropaya yerləşdirmək istədiyi orta mənzilli raketlərə cavab xarakteri daşıyacağını bildirib.

Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, Lukaşenkoya görə, ABŞ-nin raketləri nüvə komponenti ilə təchiz oluna bilərlər.

Belarus prezidenti qeyd edib ki, ölkənin müdafiə üçün kifayət qədər silahı var, bundan əlavə, Minsk Rusiyadan başqa silahlar da tələb edə bilər.

Lukaşenko əlavə edib ki, hər hansı fövqəladə hadisə baş verərsə, "Oreşnik" kompleksi Belarusa idxal ediləcək.

Dekabrın 6-da Lukaşenko rusiyalı həmkarı Vladimir Putindən "Oreşnik"i Belarus ərazisində yerləşdirməyi xahiş edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью