Lukaşenkoya motosiklet hədiyyə edildi

16.01.2025

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Belarus prezidentinə motosiklet hədiyyə edilib.

Sfera.az bildirir ki, bu barədə “Belta” xəbər agentliyi məlumat yayıb.  

““MotoVeloZavod” müəssisəsinə rəsmi səfəri zamanı Aleksandr Lukaşenkoya “Minsk D4 125” markalı motosiklet hədiyyə edilib”, - yerli KİV qeyd edib.

Bildirilib ki, bu model yenilənmiş istehsal yerində ilk buraxılan modeldir. İstehsalçının sözlərinə görə, motosiklet MDB ölkələrinin yol şəraitinə uyğunlaşdırılmış mülayim müasir dizayna malik qənaətcil modeldir.

Məlumata görə, Çeçenistan rəhbəri Ramzan Kadırova da ötən il eyni model hədiyyə edilmişdi.

Günay 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью