Lukaşenkoya yerli bildirçin vəd edildi

03.10.2025

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Belarus prezidenti Aleksandr Lukaşenkoya üç il yarım ərzində yerli bildirçin yetişdirilməsi vəd edilib.

Modern.az-ın məlumatına görə, Lukaşenko mütəxəssislərdən yerli bildirçin yetişdirilməsi ilə bağlı vəziyyətin nə yerdə olduğunu sorğuşub. O, ölkənin bu məsələdə hazırda xaricdən asılı olduğunu qeyd edib.

Mütəxəssislər dövlət başçısına cavab olaraq bildiriblər ki, Belarusda yerli bildirçin 3,5 ildən sonra yetişdiriləcək.

Lukaşenko əlavə olaraq Milli Elmlər Akademiyasının rəhbəri Vladimir Karanikin də mövqeyini öyrənib. Karanik isə bu istiqamətdə ölkənin yaxşı şansa sahib olduğunu vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью