Lükə düşən gənc qızın vəziyyəti açıqlandı

25.02.2025

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


İki gün əvvəl Bakının Nərimanov rayonu, Əliyar Əliyev küçəsində kanalizasiya quyusuna düşən gənc qızın vəziyyəti açıqlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Bakı Sağlamlıq Mərkəzinin Travmatologiya və ortopediya şöbəsinin müdiri, həkim travmatoloq-ortoped Sənan Aşirov açıqlama verib.

Onun sözlərinə görə, Z. Zeynalova xəstəxanaya bel və çanaq nahiyyələrində ciddi ağrılarla müraciət edib: “Aparılan ilkin müayinələr nəticəsində xəstənin bud-çanaq və bel nahiyyəsinə MRT (Maqnit Rezonans Tomoqrafiya) tətbiq olunduqdan sonra çanaq sümüklərinin və oma sümüyünün zədələnməsi, əzilməsi və sınması müəyyən edilib. Hazırda pasiyentin vəziyyəti stabildir, konservativ müalicəsi davam etdirilir”.

Qeyd edək ki, kanalizasiya quyusuna düşən qız hadisəyə şahid olan şəxslər tərəfindən oradan çıxarılıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью