Lukman Atalanta dan ayrılmaq istəyir

20.02.2025

Icma.az bildirir, Apasport portalına istinadən.

Lukman "Atalanta" karyerasını başa vurur?

İtaliya klublarından "Atalanta"nın hücumçusu Ademola Lukman böhranı davam edir.

Apasport.az xəbər verir ki, UEFA Avropa Liqasının pley-off mərhələsinin "Brügge" ilə oyununda penaltini qaçırdıqdan sonra baş məşqçi Can Piero Qasperini tərəfindən sərt tənqidlərə məruz qalan nigeriyalı oyunçunun mövsümün sonunda komandadan ayrılacağı iddia edilib.

Nigeriyalı komandadan nə vaxt ayrılacaq? 

Fabrizio Romanonun sözlərinə görə, "Atalanta" ilə Lukman arasında yolların ayrılması ötən yaydan planlaşdırılıb və futbolçunun gedişinin bu yay baş tutacağı gözlənilir. 

Lukmanın cari mövsümdəki performansı necədir?

Lukman 2022-ci ildə "Leypziq"dən "Atalanta"ya keçib. 

Qeyd edək ki, 27 yaşlı hücumçu bu mövsüm 28 oyunda iştirak edib, 15 qol və 7 asistlə yadda qalıb. 

“Arsenal”ın futbolçu əməliyyat olunub Bellinqemin cəzası MÜƏYYƏNLƏŞDİ “Bavariya”da ciddi İTKİ “Fənərbaxça”da 6 itki "Qalatasaray"dan TFF-yə sərt sözlər: "Yenə təəccübləndirmədiniz"
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью