Lukman uğrunda mübarizədə Atletiko Fənər ə qalib gəldi

01.02.2026

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Uzun müddətdi ''Fənərbaxça''nın gündəmində yer alan Ademola Lukman ilə bağlı maraqlı xəbərlər gəlməkdədi.

"Football-plus.az" xəbər verir ki, Canluka Di Martsionun məlumatına inansaq, ''Atalanta''nın nigeriyalı vingerinə görə ''Atletiko'' ilə ''Fənərbaxça'' arasında əsil gərgin yarış yaşanır. Madrid nəhəngi berqamolulara ''35+5'' milyon avroluq təklif irəli sürüb. Lukman əvvəlcə ''Atletiko''ya getməyə maraq göstərmirdi. Çünki İstanbul nəhəngi ona ikiqat artıq maaş təklif etmişdi.
Maraqlıdı ki, ''Fənər'' ''Atalanta''ya bonuslarla birlikdə 40 milyon avroluq təklif irəli sürmüşdü. Amma tərəflər ödəniş üsulu ilə bağlı anlaşa bilməyiblər. İtalyanlar pulun böyük hissəsini nəğd tələb edirdilər. Üstəlik ötən yay ''Napoli''nin Viktor Osimhenin transferi zamanı ''Qalatasaray''dan tələb etdiyi kimi ''Atalanta'' da ''Fənər''dən bank təminatı tələb edib. Son anda Dieqo Simeonenin də araya girməsi ilə Lukman Madridə yollanmağa razılıq verib.
28 yaşlı futbolçu şənbə günü komanda ilə birlikdə məşqə çıxmayaraq fərdi məşq edib. Onun bazar günü ''Komo''ya qarşı matçda iştirakı gözlənilmir. Lukman ən qısa müddətdə İspaniyanın paytaxtına yola düşəcək. Nigeriyalı 2030-a qədər müqaviləyə imza atacaq və illik 6 milyon avro qazanacaq.
Daha öncə ''Everton'', ''Leyptsiq'', ''Fulhem'' və ''Lester''də də top qovmuş Lukman ''Atalanta''da 4-cü mövsümünü keçirirdi. Bu mövsüm 19 oyunda aktivinə 3 qol, 2 məhsuldar ötürmə yazan Lukman ''Qalatasaray''ın da maraq dairəsində idi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью