Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Atalanta"nın hücumçusu Ademola Lukman karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano sosial media hesabı üzərindən məlumat yayıb.
Məlumata görə, Türkiyənin "Fənərbağça" klubu İtaliya təmsilçisinin forvardını transfer etməyə can atır. İstanbul nəhənginin nümayəndələri tezliklə danışıqlar üçün İtaliyaya uçacaqlar. 28 yaşlı Lukman "sarı-lacivərdlilər"in əsas transfer prioritetidir.
"Fənərbağça" hələ 2025-ci ilin payızında nigeriyalı oyunçunu transfer etməyə çalışsa da, tərəflər transfer şərtlərində razılığa gələ bilməmişdilər. İtaliyadan ayrılmaq istəyən Lukman müvəqqəti olaraq "Atalanta"nın heyətindən kənarlaşdırılıb, lakin daha sonra yenidən heyətinə qaytarılıb.
İtaliya A Seriyasının cari mövsümündə hücumçu 12 oyun keçirib və 2 qol vurub. Nigeriyalı Çempionlar Liqasının 7 oyununda 1 qol vurub.