Lukoil a sanksiya gəlir

02.06.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Avropa Birliyi 21-ci sanksiya paketinə hazırlıq çərçivəsində Rusiyanın "Lukoil" və "Rosneft" şirkətlərinə qarşı yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqini nəzərdən keçirir.

“Cebheinfo.az” xəbər verir ki, "Politico" sanksiya siyasəti danışıqları ilə bağlı sənədlərə istinadən yazıb.

Nəşrin məlumatına görə, bu neft şirkətlərinə qarşı əlavə məhdudiyyətlər təklifləri hazırda Aİ səviyyəsində müzakirə olunur. Lakin yeni tədbirlərlə bağlı yekun qərar hələ verilməyib.

Məlumata görə, Avropa Komissiyası gələn həftənin əvvəlində 21-ci sanksiya paketinin layihəsini təqdim edə bilər.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью