Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın "LUKOIL" şirkəti ABŞ-nin "Carlyle" şirkəti ilə Qazaxıstandakı layihələr istisna olmaqla, xarici aktivlərin satılması barədə razılığa gəlib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə şirkətdən məlumat verilib.
Xəbərdə bildirilib ki, razılaşma müəyyən şərtlərdən, o cümlədən də Birləşmiş Ştatların hökumətinin təsdiqindən asılı olacaq.
Şirkət vurğulayıb ki, anlaşma eksklüziv deyil, "LUKOIL" digər potensial alıcılarla da danışıqları davam etdirir.