Marja.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“LUKOIL-Azərbaycan” QSC şirkətin obyektlərinin fiziki mühafizəsi xidmətlərinin göstərilməsi üzrə açıq tender elan edib.
Marja.az xəbər verir ki, tender çərçivəsində seçiləcək şirkətlə müqavilənin imzalandığı tarixdən etibarən 12 ay müddətində əməkdaşlıq nəzərdə tutulur.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tenderdə iştirak etmək istəyən şirkətlər ərizələrini və tələb olunan sənədləri 16 oktyabr 2026-cı il saat 18:00-dək təqdim etməlidirlər. İddiaçılar ərizə ilə birlikdə ixtisas (kvalifikasiya) anketlərini də təqdim etməlidirlər.
Tender sənədlərinin tam komplekti iştirak üçün təqdim edilən ərizə və digər zəruri sənədlərin müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanıldıqdan sonra iddiaçılara göndəriləcək.
Tender təkliflərinin təqdim edilməsi üçün son müddət də 16 oktyabr 2026-cı il saat 18:00 müəyyən edilib.
Tender iki mərhələdə keçiriləcək. Birinci mərhələ 20 oktyabr 2026-cı il saat 11:00-da, ikinci mərhələ isə 23 oktyabr 2026-cı il saat 11:00-da “LUKOIL-Azərbaycan” QSC-nin Bakı şəhəri, Səbail rayonu, Z.Tağıyev küçəsi 13 ünvanında baş tutacaq.
Qeydiyyatdan keçmiş iddiaçıların nümayəndələrinin tenderin ikinci mərhələsində iştirakı məcburidir.
Tender iştirakçıları xidmətlərin göstərilməsi üçün müvafiq texniki imkanlara və müqavilə şərtlərinin yerinə yetirilməsi üçün zəruri sənədlər toplusuna malik olmalıdırlar.
Tender təkliflərinin qüvvədə olma müddəti tenderin keçirildiyi tarixdən etibarən ən azı 90 təqvim günü olmalıdır. Təkliflər Azərbaycan və rus dillərində təqdim edilməlidir.
Tenderin qalibi ilə tender ticarətinin başa çatdığı tarixdən etibarən 20 təqvim günü ərzində müqavilənin bağlanması nəzərdə tutulur. Müqavilə üzrə hesablaşmalar nağdsız qaydada, vəsaitin icraçının hesabına köçürülməsi yolu ilə həyata keçiriləcək.
Tenderlə bağlı əlaqələndirici şəxs Natiq Mikayılovdur. Əlavə məlumatı (012) 497-41-99, daxili 4141 telefon nömrəsi və [email protected] elektron poçt ünvanı vasitəsilə əldə etmək mümkündür.