Icma.az, Banco.az portalına istinadən məlumat yayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
“Lukoil” beynəlxalq aktivlərini ABŞ şirkətinə satıb.
Banco.az xəbər verir ki, şirkət tərəfindən yayılan açıqlamada “Carlyle”ın “Lukoil International GmbH”ni satın alma təklifinin qəbul edildiyi bildirilib.
Açıqlamada razılaşmaya “Lukoil”un Qazaxıstandakı aktivlərinin daxil edilmədiyi qeyd olunub. Eyni zamanda, sazişin qüvvəyə minməsi üçün ABŞ Xəzinə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) icazəsi ilə yanaşı, müəyyən şərtlərin yerinə yetirilməsinin zəruri olduğu vurğulanıb.
“Lukoil” oktyabr ayında beynəlxalq aktivlərini enerji ticarəti şirkəti “Gunvor Group”a satdığını açıqlamışdı. Lakin ABŞ Xəzinə Nazirliyinin “Gunvor”u Kremlin “kuklası” kimi xarakterizə etməsindən sonra razılaşma baş tutmayıb. Sözügedən aktivlər daha sonra “Exxon Mobil”, “Chevron” və “Abu Dhabi National Oil” kimi şirkətlərin diqqətini cəlb edib.
Açıqlamada həmçinin “Lukoil”un digər potensial alıcılarla danışıqları davam etdirdiyi bildirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!