Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyanın "Lukoil" şirkəti ilin sonuna qədər Bolqarıstandakı neft emalı zavodunu Qətər-Britaniya konsorsiumuna satmağı planlaşdırır.
Hurriyyet.Az xəbər verir ki, bu barədə məlumatı "Financial Times" mənbələrə istinadən yayıb.
Nəşrin məlumatına görə, şirkət qətərli iş adamı Qanim Bin Saad Al Saadın nəzarətində olan "Oryx Global" və Londonda yerləşən "DL Hudson" əmtəə ticarət evindən ibarət konsorsiumu seçib.
"Oryx" məlumata şərh verməkdən imtina edib. "DL Hudson" şərh tələblərinə cavab verməyib.
Qeyd edək ki, Rusiya neftinin Aİ-yə idxalına qoyulan qadağa "Lukoil"in Bolqarıstanda fəaliyyətini çətinləşdirir.
"Lukoil" 1999-cu ilin oktyabrında Bolqarıstanda fəaliyyətə başlayıb və 8,8 milyon ton gücü olan Burqas neft emalı zavodunun nəzarət paketinin sahibidir.
Şirkət həmçinin ölkədə 500-dən çox yanacaqdoldurma məntəqəsi şəbəkəsini idarə edir.