Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Rusiyanın “Lukoil” şirkəti İraqın iri “Qərbi Qurna-2” neft yatağında fors-major vəziyyəti elan edib.
Ölkə.az "Reuters"ə istinadən xəbər verir ki, bu qərar ABŞ sanksiyalarının tətbiqindən sonra verilib. Sanksiyalardan bəri İraq şirkətə nə nağd şəkildə, nə də xam neftlə ödəniş edir.
Bildirilir ki, noyabrın 4-də “Lukoil” İraqın neft nazirliyinə məktub göndərərək yataqda normal işin davam etməsinə mane olan fors-major hallarının mövcudluğunu bildirib. Əgər bu səbəblər altı ay ərzində aradan qaldırılmazsa, “Lukoil” hasilatı dayandıracaq və layihədən tamamilə çıxacaq.