Lukoil dan alınan İraqın iri neft yatağı ABŞ şirkətinə verilir

23.02.2026

Marja.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyanın Lukoil şirkəti tərəfindən istismar olunan İraqın nəhəng "Qərbi Kurna-2" (West Qurna-2) layihəsinin idarəçiliyi ABŞ-ın Chevron neft şirkətinə verilir.

Marja xəbər verir ki, "Chevron Corporation" açıqlamasında çərçivə sazişinin bu gün imzalanacağını bildirib, lakin detallar açıqlanmayıb.

İraq keçən həftə "Lukoil"ın neft yatağının istismarını dövlət tərəfindən idarə olunan "Basra Neft Şirkəti"nə ötürülməsini nəzərdə tutan razılaşma prosesini təsdiqləyib.

Layihədə "Lukoil" 75% paya malikdir. Şirkət ötən ilin sonlarında ABŞ sanksiyalarına məruz qaldıqdan sonra "West Qurna-2" yatağının əməliyyatları gündəmdə olub. Rusiya şirkəti yanvar ayında beynəlxalq portfelinin böyük hissəsini "Carlyle Group"a satmağa razılaşıb, lakin bu razılaşma hüquqi baxımdan məcburi xarakter daşımayıb.

"Lukoil" 2009-cu ildə "West Qurna-2" yatağının istismar hüququnu qazanıb. İraqın cənubundakı Basra şəhərindən təxminən 65 kilometr şimal-qərbdə yerləşən yataq hazırda ölkə hasilatının təxminən 10%-ni təmin edərir. Yataqdan gündə 480 min barel neft hasil olunur.

İş elanları AzVak.az-da

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью