Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukaryna ən böyük neft zavodlarından birini hədəf alıb
Bu gün səhər Rusiyanın Perm şəhərində partlayışlar qeydə alınıb. “AzPolitika” xəbər verir ki, yerli monitorinq kanalları Permdəki neft emalı zavoduna zərbə endirildiyi barədə məlumat və görüntülər yayıb.
Yerli sakinlər neft emalı zavodunun yaxınlığında bir sıra partlayışlar baş verdiyini bildirirlər.
Ukraynanın "Exilenova+" monitorinq kanalı Ukraynadan 1500 km-dən çox məsafədə yerləşən Perm Neft Emalı Zavoduna (“LUKOIL-Permnefteorqsintez”) hücum edildiyini qeyd edir.
Perm administrasiyası bölgəyə pilotsuz təyyarə hücumunu təsdiqləyib. Hakimiyyət orqanları hava hücumundan müdafiə qüvvələrinin PUA hücumunu dəf etdiyini bildirir.
"Astra"nın məlumatına görə, regiondakı Velikoye Savino Hava Limanı bütün təyyarələrin qəbulunu və uçuşunu dayandırıb.
“LUKOIL-Permnefteorqsintez” Rusiyada ən böyük neft emalı zavodlarından biridir və ildə təxminən 13 milyon ton neft emalı gücünə malikdir. Bu zavoda aprelin sonu, may və iyul aylarında hücum edilib. İyul hücumundan sonra ilkin emal bölməsinin təcili olaraq dayandırılması barədə məlumat verilib və nəticədə zavod öz gücünün təxminən 75%-i ilə işləyib.
“AzPoitika.info”
— News (@02042006Afa) August 21, 2026