LUKOIL nağdsız ödənişləri dayandırıb RƏSMİ AÇIQLAMA

17.11.2025

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

LUKOIL-a benzin vurdurmaq üçün yaxınlaşan vətəndaş yanacaqdoldurma məntəqəsində qəribə reaksiya ilə qarşılaşıb. Ödənişi onlayn etmək istəyən vətəndaşa bildirilib ki, ödəniş yalnız nəqd qəbul olunur.

Məntəqə işçisinin sözlərinə görə kartla ödənişin qəbulu dünən axşam 7 radələrində dayandırılıb və onlara yalnız nağd ödəniş götürmək tapşırığı verilib.

Məsələ ilə bağlı “Yeni Sabah” “Lyukoil Azərbaycan” QSC ilə əlaqə saxlayıb. Şirkətdən bildirilib ki, yayılan şaiyələr həqiqəti əks etdirmir:

“Belə bir məhdudiyyət yoxdur. Bu sadəcə bankların texniki problemləridir. “Visa” və “Master” kartların texniki səbəblərdən müvəqqəti olaraq dayanıb. Hazırda bunun üzərində işləyirlər. Düzələcək”.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью