“Lukoil”la bağlı daha bir ŞOK QƏRAR KONKRET

21.11.2025

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Litvanın dövlət dəmir yolu operatoru Lietuvos geležinkeliai Kalininqrad vilayətinə “Lukoil” şirkətinə məxsus yüklərin tranzitini rəsmi şəkildə dayandırıb.

KONKRET.az xəbər verir ki, şirkətin açıqlamasında bildirilir ki, bu qərar ABŞ və Böyük Britaniyanın tövsiyə etdiyi sanksiyalara uyğun olaraq qəbul edilib.

“ABŞ və Böyük Britaniyanın tövsiyə etdiyi sanksiyalara qoşulmaq bizim üçün biznes risklərinin idarə olunmasında ardıcıl addımdır və dəyər baxımından mövqeyimizi əks etdirir,” – deyə şirkətin baş direktoru Eqidius Lazauskas bildirib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью