“Lukoyl” boru kəmərindən dizel yanacağı oğurlayan dəstə zərərsizləşdirilib

08.11.2025

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Bolqarıstanın Stara Zaqora şəhərinin polisi "Lukoyl" boru kəmərindən dizel yanacağı oğurlayan cinayətkar dəstəni zərərsizləşdirib.
Newscenter.az TASS-a istinadən bildirir ki, ilkin hesablamalara görə, dəyən ziyan təxminən 500.000 avro təşkil edib.
Bolqarıstan polisi 4 şübhəlinin saxlanılıdığını bildirib.
Zərərçəkən hüquqi şəxsin isə boru kəmərinə dəymiş ziyandan xəbəri olmayıb. Təxminən 7 ton dizel yanacağının müsadirə edildiyi bildirilib.
Hadisə ilə bağlı istintaq davam edir.
Anar Əliyev
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью