Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Bloomberg Billionaires Index”in məlumatına görə, 2026-cı ilin əvvəlindən Rusiyanın ən varlı 20 iş adamının ümumi sərvəti 19,392 milyard dollar artaraq 318,48 milyard dollara çatıb.
KONKRET.az xəbər verir ki, fevralın əvvəlinə olan reytinqin liderləri bu şəxslər olub:
Vladimir Potanin – “Norilsk Nikel” şirkətinin əsas sahiblərindən biri. Sərvəti ilin əvvəlindən 3,46 milyard dollar artaraq 29,9 milyard dollara yüksəlib;
Aleksey Mordaşov – “Severstal”ın əsas benefisiarı. Kapitalı 1,28 milyard dollar artaraq 27,5 milyard dollar olub;
Leonid Mihelson – NOVATEK-in şəriki. Sərvətini 1,93 milyard dollar artıraraq 25,6 milyard dollara çatdırıb.
Dördüncü yerdə NLMK-nın direktorlar şurasının sədri Vladimir Lisin qərarlaşıb. Onun sərvəti 677 milyon dollar artaraq 24,4 milyard dollar təşkil edib.
Beşinci pilləni “Lukoyl” şirkətinin şəriki Vahid Ələkbərov tutur. O, ilin əvvəlindən kapitalını 1,55 milyard dollar artıraraq 24,1 milyard dollara çatdırıb.
Altıncı yerdə “Avroxim” və SUEK şirkətlərinin sabiq benefisiarı Andrey Melniçenko yer alıb. Onun sərvəti 2,83 milyard dollar artaraq 21,8 milyard dollar qiymətləndirilir.
Yeddinci sırada metallurgiya, mədənçilik, telekommunikasiya və texnologiya sahələrində aktivləri olan USM holdinqinin qurucusu Əlişir Usmanov qərarlaşıb. O, ilin əvvəlindən sərvətini 1,03 milyard dollar artıraraq 20,3 milyard dollara çatdırıb.
Səkkizinci yeri ONEXIM qrupunun sahibi Mixail Proxorov qoruyub saxlayıb. Onun sərvəti 30,8 milyon dollar artaraq 16,6 milyard dollar olub.
Doqquzuncu pillədə NOVATEK və “Sibur”un şəriki Gennadi Timçenko yer alıb. Onun sərvəti 1,42 milyard dollar artaraq 15,7 milyard dollara yüksəlib.
İlk onluğu “Teleqram” messencerinin qurucusu Pavel Durov tamamlayır. Onun sərvəti 786 milyon dollar azalaraq 13,6 milyard dollar təşkil edib.
Reytinqdə qadınlar arasında 19-cu yerdə “Wildberries” marketpleysinin qurucusu Tatyana Kim qərarlaşıb. O, kapitalını 893 milyon dollar artıraraq 8,78 milyard dollara çatdırıb.
Müşviq Tofiqoğlu
KONKRET.az