Lüks tender: Mərkəzi Bank “Lexus” üçün 469 min manat xərclədi

24.04.2025

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Mərkəzi Bank “Lexus markalı nəqliyyat vasitəsinin satın alınması” tenderinin nəticələrini elan edib.

Avtosfer.az "FED.az"a istinadən xəbər verir ki, tenderin qalibi “Lexus Bakı” MMC (VÖEN: 2001829141) olub.

Qalib şirkətə 469 200 manat ödəniləcək.

Qeyd edək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью