Icma.az, Azpost portalına istinadən məlumat verir. Restoranlarda tez-tez yoxlamalar həyata keçirilir.
Ekspertlərin fikrincə, bu yoxlamalar vətəndaşların sağlamlığı üçün olduqca vacibdir. Lakin iş ancaq yoxlamalarla bitməməlidir.
Son vaxtlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müxtəlif restoranlarda yoxlamalar aparır və nöqsanlar aşkarlayır.
Onların sırasında insanlar arasında populyar olanlar da var.
Bəs bu yoxlamalar restoran-kafelərdə sanitar-gigiyena standartlarının yaxşılaşdırılmasına töhfə verirmi?
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova da düşünür ki, restoranlara tələbat artdığı dövrdə nəzarət mütləqdir: “Keyfiyyətsiz məhsullarla qidalanma insanların sağlamlığına ciddi təhlükədir.
Günümüzdə insanların restoranlara marağı xeyli artıb. O səbəbdən yoxlamaların aparılması vacibdir.
Düşünürəm ki, bu yoxlamalar birmənalı şəkildə sanitar-gigiyena standartlarının yaxşılaşdırılmasına töhfə verir.