Icma.az, Yenigundem portalına istinadən məlumat verir. Lüksemburq Deputatlar Palatası növbəti dəfə qərəzli və absurd yanaşma sərgiləyib.
Belə ki, bu dəfə adıçəkilən ölkənin qanunverici orqanının təmsilçiləri Qarabağda separatçı hərəkətlərə yol verən, Azərbaycan torpaqlarında terror aktlarına imza atan şəxslərin azad olunmasını tələb edən “qətnamə” qəbul ediblər.
Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri olaraq bu yanaşmadan, sadəcə, təəssüf hissi keçirirəm.
Təbii ki, bu sənədin heç bir hüquqi əsası yoxdur və bizim üçün adi kağız parçasından başqa bir şey deyil.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova söyləyib.
“Məsələ burasındadır ki, milli dili olmayan, öz qanunvericiliyində fransız dilini əsas dil kimi müəyyən etmiş lüksemburqlu təmsilçilər Cənubi Qafqaz regionuna da fransızsayağı yanaşırlar.
“Qətnamə”də erməni lobbisinin, E.Makronun dəst-xəti kifayət qədər aydın sezilir.
Belə ki, kağız parçasında Azərbaycan Xarici İşlər Nazirliyinin 2024-cü il 26 avqust tarixli qərarı ilə AŞPA-nın 76 deputatını “arzuolunmaz şəxs” elan etməsinə qarşı bənd də salınıb.