Lüksemburqda azərbaycanlılardan mühüm addım

29.09.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Lüksemburqda məskunlaşan Azərbaycan icmasının 30 nəfər nümayəndəsi Remiş şəhərində təşkil olunan ənənəvi “Route du Vin” yarımmarafonuna qatılaraq qaçışı 27 Sentyabr – Anım Gününə həsr ediblər.

Futbolpress.az xəbər verir ki, 21 kilometrlik məsafəni əhatə edən yarışda Lüksemburq-Azərbaycan Dostluq Assosiasiyasının (LuxAz) üzvləri də yer alıblar.

Təmsilçilərimiz marafona Vətən müharibəsinin rəmzi sayılan xarıbülbül təsvirli döş nişanları ilə çıxıblar. Soydaşlarımız beynəlxalq turnirin digər iştirakçılarına xarıbülbülün mənəvi rəmzi və Anım Gününün Azərbaycan xalqı üçün daşıdığı mühüm tarixi əhəmiyyət barədə ətraflı məlumat veriblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью