Lüksemburqu tərk edənlərin sayı artıb

26.08.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Lüksemburq, 26 avqust, AZƏRTAC

Lüksemburqu daha çox insan tərk etməyə başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Leon Qloden məlumat verib.

O, bildirib ki, 2024-cü ildə Lüksemburqa 26 min 103 yeni rezident gəlib. 16 min 444 nəfər isə ölkəni tərk edib ki, onların da 3 min 346-sı Lüksemburq vətəndaşlarıdır. Bu, lüksemburqluların son beş ildə ən çox ölkədən getdiyi il olub. Ümumilikdə isə son beş ildə ölkəni tərk edən Lüksemburqluların sayı təxminən 30 faiz artıb.

Rəsmi qurumlar lüksemburqluların ölkəni tərk etməsinin səbəblərini bildirməsə də, müxtəlif ehtimallar irəli sürülür. Bunlara təhsil və pensiya ilə bağlı məsələlər, Lüksemburqda həyatın baha olması və s. daxildir.

Qeyd edək ki, Lüksemburqu tərk edənlərin sayının artması ilə yanaşı, bu ölkəyə gəlmək istəyənlər də çoxdur. Belə ki, Lüksemburqa gələnlər arasında portuqaliyalılar üstüblük təşkil edirlər. Fransızlar, italyanlar, ispanlar, belçikalılar və başqaları da bu ölkəyə gəlməyə maraq göstərirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью