Lüksemburqun Deputatlar Palatasının qətnaməsi siyasi riyakarlığın növbəti nümunəsidir Azər…
Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dövlət başçısı İlham Əliyevin "Bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir.
Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi.
Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi.
Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi” fikirləri ölkəmizin uğurlarını həzm edə bilməyən, qarayaxma kampaniyalarını davam etdirən dairələrə ciddi mesajdır.
Bu baxımdan Lüksemburq Deputatlar Palatasının qəbul etdiyi qərəzli və yalan dolu qətnaməsinin Azərbaycan üçün kağız parçasından başqa bir şey olmadığı reallıqdır.
Ölkəmizə qarşı qəbul edilən belə qərəzli qətnamələrin hər birinin arxasında dayanan maraqların nədən ibarət olduğu həmin dövlətlərin, dairələrin özlərinə "sirr” olsa da ədaləti, beynəlxalq hüququ dəstəkləyən və xarici siyasətini məhz bu prinsiplərə söykənərək həyata keçirən Azərbaycana çox yaxşı bəllidir.
Bu qətnamənin qəbul edildiyi vaxta diqqət yetirəndə məqsəd tam şəkildə bəlli olur.
Tam oxu
Xəbəri oxu