Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda hazırkı dövlət başçısı Luiz İnasio Lula da Silva qalib gəlib.
Modern.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Rəsmi nəticələrə əsasən, Lula da Silva səslərin təxminən 51,76 faizini, onun rəqibi Flavio Bolsonaro isə 48,24 faizini qazanıb.
Bununla da 80 yaşlı siyasətçi dördüncü dəfə Braziliya prezidenti seçilib.
Qeyd edək ki, seçkilərin birinci turunda Bolsonaro öndə olsa da, ikinci turda Lula nəticəni öz xeyrinə dəyişməyi bacarıb. Seçkilərin nəticəsi Latın Amerikasının ən böyük ölkəsində siyasi qüvvələr balansı baxımından mühüm hadisə kimi qiymətləndirilir.
Bolsonaro isə nəticələrə etiraz edərək səsvermənin ləğvini tələb edib.