Lula da Silva Putinlə Ukraynada sülh nizamlanması məsələsini müzakirə etməyi planlaşdırır

29.03.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Braziliya Prezidenti Lula da Silva Moskvaya səfəri zamanı Rusiyalı həmkarı Vladimir Putinlə Ukraynada sülh nizamlanması məsələsini müzakirə etməyi planlaşdırır.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə Vyetnama dövlət səfərinin yekunlarına dair mətbuat konfransında bildirib.

"Biz (Braziliya və Çin) Rusiya ilə Ukrayna arasında danışıqlar prosesinin başlanmasına ümid edirik", - o bildirib.

Lula da Silva Rusiya və Çinə səfərləri zamanı Ukraynada nizamlanmanı müzakirə etməyi planlaşdırdığını qeyd edib: "Bu görüşlərdə mən Ukraynada sülh məsələsini müzakirə etmək niyyətindəyəm".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью