Icma.az, Ayna portalına istinadən məlumat yayır.
“Bu, yalnız iki namizəd arasında yarış olacaq və burada təkliflərimiz arasındakı fərqləri aydın şəkildə nümayiş etdirə bilərik"
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva prezident seçkilərinin birinci turunda məğlubiyyətindən sonra yeni seçki kampaniyasına başlayıb. AYNA.AZ TASS-a istinadən bildirir ki, Prezident sabahdan etibarən yeni bir kampaniyaya başladığını elan edib.
“Bu, yalnız iki namizəd arasında yarış olacaq və burada təkliflərimiz arasındakı fərqləri aydın şəkildə nümayiş etdirə bilərik", - deyə Braziliya lideri mətbuat konfransında bildirib.
O, həmçinin qeyd edib ki, ikinci tur "həqiqət anı" olacaq.
Siyasətçi əlavə edib: "Bu gün Braziliyanın və qurmaq istədiyimiz Braziliyanın əsl simasını göstərməyin vaxtıdır".
Qeyd edək ki, 4 oktyabrda Braziliyada tarixi ola biləcək seçkilər keçirilib. Qalib gələrsə, Lula da Silva dördüncü prezidentlik müddətinə başlayacaq.