Icma.az, Azvision portalına istinadən məlumat verir.
Simulyasiya 1,5 milyard işıq ili ölçüsündə məkanı əhatə edir. Bu, əvvəlki anoloji simulyasiyalardan 100 dəfə böyük olmaqla, ilk ulduzların, qalaktikaların və qara dəliklərin öyrənilməsi üçün yaxşı imkan yaradır.
“Lumina” Kainatın mövcudluğunun ilk iki milyard ilində adi materiyanın, qaranlıq maddənin və kosmik şüalanmanın qarşılıqlı əlaqəsini nəzərə alır. O, ilk qalaktikaların yaranmasının nəhəng kosmik qaz kütlələrini təsirini izləyir. Əsas yeniliklərdən biri ilk dəfə bu miqyasda simulyasiyada heliumun təkrar ionlaşması prosesinin və onun mühitin təkamülünə təsirinin nəzərə alınmasıdır (Şəkildə Kainatın yeni formalaşdığı vaxtlarda heliumun indiki vəziyyətinə gəldiyi zonalar göstərilib. Mənbə: Oliver Zier, Center for Astrophysics / Harvard & Smithsonian ).
- İndi biz hidrogen ilə heliumun hazırkı formasını necə almasını, eyni zamanda bu prosesi idarə edən qalaktikaların necə yaranmasını izləyə bilərik,- deyə tədqiqatın müəlliflərindən biri olan Texas universitetinin professoru Aaron Smit bildirib.
Alətin yaradılmasında məqsədlərdən biri Ceyms Uebb (JWST) və Nensi Qrey Roman (Roman) kosmik rəsədxanalarından gələn məlumatların eyni modeldə birləşdirilməsidir. “Bizim bu teleskoplarla gördüyümüzün nə olduğunu başa düşməyimiz üçün nəzəriyyələrimizi təfərrüatlı modelə çevirməyə ehtiyac var”,- tədqiqatın müəlliflərin biri Oliver Zir bildirib.
Gələcəkdə platforma qalaktikaların arasında qazın hərəkətini, relikt şüalanmanın kosmik təkamülə təsirini ulduzların intensiv yaranmasını prosesinin necə getdiyini araşdırmağa kömək edəcək.
Vüsal Məmmədov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. “Lumina” Kainatın mövcudluğunun ilk iki milyard ilində adi materiyanın, qaranlıq maddənin və kosmik şüalanmanın qarşılıqlı əlaqəsini nəzərə alır. O, ilk qalaktikaların yaranmasının nəhəng kosmik qaz kütlələrini təsirini izləyir. Əsas yeniliklərdən biri ilk dəfə bu miqyasda simulyasiyada heliumun təkrar ionlaşması prosesinin və onun mühitin təkamülünə təsirinin nəzərə alınmasıdır (Şəkildə Kainatın yeni formalaşdığı vaxtlarda heliumun indiki vəziyyətinə gəldiyi zonalar göstərilib. Mənbə: Oliver Zier, Center for Astrophysics / Harvard & Smithsonian ).