Lunyov: “Avrokuboklar üçün darıxıram”

15.01.2025

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Moskva "Dinamo"sunun futbolçusu Andrey Lunyov avrokuboklar üçün darıxdığını bildirib. 

QOL.az xəbər verir ki, 33 yaşlı qapıçı Rusiyanın "Sport24" nəşrinə açıqlamasında deyib: 

“Hər kəs kimi, mən də avrokuboklar üçün darıxıram. Ümid edirəm ki, yaxın gələcəkdə bizi geri qaytarmağa başlayacaqlar. Buna hazırıq, ya yox — həmin zaman görəcəyik. Bu haqda danışmaq qəribədir. Oyunlar olsaydı, o zaman nəsə danışa bilərdik. Amma biz yenə də futbol oynayırıq — bizi qaytarana qədər bu işi atmamışıq". 

Qeyd edək ki, FİFA və UEFA-nın qərarına əsasən, bütün Rusiya klubları və yığma komandaları beynəlxalq turnirlərdən uzaqlaşdırılıb. Buna səbəb 2022-ci ildə başlayan Ukrayna - Rusiya  müharibəsidir 

Xatırladaq ki, Andrey Lunyov ötən mövsüm "Qarabağ"ın heyətində Avropa Liqasının oyunlarında iştirak edib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью