Lunyov Qarabağlı günlərini xatırladı: 2024cü ilin mühüm hadisəsi yəqin ki... | Icma.az
Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Qarabağ"ın sabiq qapıçısı Andrey Lunyov Rusiya mətbuatına müsahibə verib.
Publika.az xəbər verir ki, hazırda Moskva "Dinamo"sunda çıxış edən qolkiper 2024-cü ilin ən yadda qalan hadisələri barədə danışıb.
O, Ağdam klubunun heyətində UEFA Avropa Liqasında "Bayer Leverkuzen"ə qarşı keçirdikləri oyunları fərqləndirib: "Keçən il olduqca məhsuldar və normal oldu.
2024-cü ildə ən yadda qalan hadisələr, yəqin ki, "Bayer"lə matçlar oldu".
Qeyd edək ki, 2024-cü ilin martında UEFA Avropa Liqasının 1/8 finalında Ağdam klubu "Bayer"ə iki oyunun nəticəsinə (2:2, 2:3) görə məğlub olub.
Lunyov 2023/2024 mövsümündə "Qarabağ"ın heyətində 16 matça çıxıb və 5 görüşdə qapısını toxunulmaz saxlayıb.
Heybət Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu