“Lüt qadın heykəliylə əxlaq pozulmur”

10.11.2024

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Siz övladlarınızı Tiktokda Baboşların canlı yayımından yığışdırın. Sosial şəbəkələrdə əxlaqsızlığı təbliğ edənlərə edin etirazınızı. Siz övladlarınızın telefonuna nəzarət edin ki, porno saytlara girməsinlər”.

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri “İnstagram” hesabında müğənni Elvin Mirzəzadə yazıb. O, Heydər Əliyev Mərkəzinin qarşısındakı “Təbiətdə tarazlıq” sərgisini qınayanlara irad bildirib:

“Siz musiqi zövqünüzü düzəldin. Siz haqqınızı yeyənləri boykot edin. Bir dənə lüt qadın heykəliylə əxlaq pozulmaz. Bu, incəsənət əsəridir. Bu tip heykəllər Rəssamlıq Akademiyasında, Memarlıq və İnşaat Universitetində yüzlərlədir. Bu, o demək deyil ki, orada oxuyan tələbələr, dərs verən müəllimlər əxlaqsızdır. Bəsdirin də. Yapışmısınız heykəldən, buraxmırsınız. Görmək istəmirsinizsə baxmayın! Yenə də deyirəm, heykəllə əxlaq pozulmur! Daşdan, dəmirdən ziyan olmaz. Özünüzü və övladlarınızı ətdən olan parazit heykəllərdən qoruyun. Sevgilər”.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью