Lütfi Zadə olimpiadasının final nəticələri elan edildi

05.06.2025

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

31 may 2025-ci il tarixində keçirilmiş Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının final turunun nəticələri elan edilib.

Bu barədə Modern.az-a Təhsil İnstitutundan məlumat verilib.
Şagirdlər öz nəticələrini təhsil aldıqları ümumtəhsil müəssisələrindən əldə edə bilərlər.

Qeyd edək ki, Lütfi Zadə olimpiadası 5-ci sinif şagirdləri arasında təşkil olunur. Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərdə riyaziyyat fənninə olan marağın artırılması və istedadlı şagirdlərin erkən yaşlarda müəyyən edilməsidir.

Nəticələrlə bağlı müraciətlər 3 iş günü ərzində office@arti.edu.az elektron poçtu vasitəsilə qəbul edilir.

Kitabçalar:

Lütfi Zadə adına riyaziyyat – məntiq olimpiadası (Azərbaycan bölməsi)

Lütfi Zadə adına riyaziyyat – məntiq olimpiadası (rus bölməsi)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью