Lütfi Zadənin ölümündən 8 il ötür | Icma.az
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin ölümünün ildönümüdür.
“Cebheinfo.az” xəbər verir ki, mərhumun ölümündən 8 il ötür. Lütfi Zadə 2017-ci ilin sentyabrın 6-da Kaliforniyada vəfat edib.
O, vəfatından əvvəl Azərbaycanda dəfn edilməsi ilə bağlı vərəsə məktubu yazıb.
Alimin nəşi sentyabrın 29-da Azərbaycana gətirilərək I Fəxri xiyabanda dəfn edilib.
Lütfi Zadənin qəbirüstü abidəsini heykəltəraş, Xalq rəssamı Ömər Eldarov hazırlayıb.
Xatırladaq ki, Lütfi Zadə 1921-ci ilin fevralın 4-də Bakı şəhərində anadan olub. Lütfi ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb.
10 yaşında ikən ailəsi ilə birlikdə Bakını tərk edərək Tehrana köçüb.
Tam oxu
Xəbəri oxu