Lütfihak Alpkan DOST mərkəzi ilə tanış olub | Icma.az
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi, əmək və sosial müdafiə sahəsində əməkdaşlıq da daim genişlənir.
Bu fikir COP29 tədbirində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Lütfihak Alpkanın başçılıq etdiyi nümayəndə heyəti ilə 1 saylı Bakı DOST Mərkəzində keçirilən görüşdə vurğulanıb.
Moderator.az xəbər verir ki, nümayəndə heyəti Mərkəzdə əhaliyə göstərilən xidmətlərlə tanış edilib.
Qonaqlara DOST Konsepsiyasının innovativ üstünlükləri və beynəlxalq nailiyyətləri barədə məlumat verilib.
Keçirilən görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Azərbaycan və Türkiyə dövlət başçılarının birgə səyləri nəticəsində qardaş ölkələrimiz arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb.
Regional və beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirilən əlaqələrimizin əmək və sosial müdafiə sahəsini də əhatə etdiyi qeyd edilib.
Ötən dövrdə Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın genişlənməsinə xidmət edən 8 sənədin imzalandığı, bu sahədə ikitərəfli əlaqələrin getdikcə genişləndiyi, fəal təcrübə mübadilələrinin aparıldığı diqqətə çatdırılıb.
Tam oxu
Xəbəri oxu