525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fransanın paytaxtı Parisdə yerləşən məşhur Luvr muzeyi bu gün bağlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb işçilərin keçirdiyi etiraz aksiyası olub.
Etirazçıların əsas tələbləri iş şəraitinin yaxşılaşdırılması və muzeyin təmir olunmasıdır. Bundan başqa onlar Avropa İttifaqı ölkələrinin vətəndaşları olmayan ziyarətçilər üçün biletlərin qiymətinin 45 faiz qaldırılmasına da qarşıdırlar. Hər gün 30 min ziyarətçini qəbul edən muzeyin əməkdaşları həmçinin, iş yerlərinin artırılmasını da tələb edirlər.
Yeri gəlmişkən, bir neçə Həmkarlar İttifaqı tərəfindən təşkil olunan aksiyada muzeyin 2 min əməkdaşından təxmini 400-ü iştirak edib.
Qeyd edək ki, sabah Luvrda qeyri-iş günüdür. Etirazçıların tələbləri yerinə yetirilərsə, muzey ən yaxşı halda çərşənbə günü işini bərpa edəcək.
L.Tağıyeva