Luvr muzeyinin direktoru istefa verdi, lakin Makron qəbul etmədi | Icma.az
Dogru.az saytından alınan məlumata görə, Icma.az bildirir. Oktyabrın 19-da Parisdə baş vermiş Luvr oğurluğundan sonra muzeyin direktoru Laur
Doğru.az xəbər verir ki, bu barədə “Le Figaro” nəşri mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Makron son günlər ərzində De Cars-a bir neçə dəfə şəxsən zəng edib və onu vəzifəsində qalmağa razı salmağa çalışıb.
Prezident həmçinin ona gələcək “Qran-Luvr” layihəsinə nəzarəti tapşırıb.
Məlumata görə, direktorun istefa qərarına səbəb muzeyin qarşıdan gələn bərpası və oğurluq hadisəsi olub.
Xatırladaq ki, oktyabrın 19-da naməlum şəxslər Parisdəki Luvr muzeyindən Napoleon və onun həyat yoldaşına məxsus kolleksiyadan qızıl-zinət əşyaları oğurlayıblar.
Fransa Mədəniyyət Nazirliyi hadisə ilə bağlı səkkiz zinət əşyasının oğurlandığını təsdiqləyib.
Luvr oğurluğundan dəyən ziyanın 88 milyon avro olduğu bildirilir. “Le Parisien”in məlumatına görə, cinayəti 4 nəfərdən ibarət qrup törədib.
Tam oxu
Xəbəri oxu