Luvrda “Mona Liza”nı görmək istəyənlərə iki bilet lazım olacaq

03.02.2025

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Luvr Leonardo da Vinçinin “Mona Liza” tablosu olan bölməyə giriş üçün ayrıca bilet satmağı planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Muzeyin prezidenti Lorans de Karın dediyinə görə, Luvr daimi kolleksiyaları və sərgiləri görmək üçün ayrı, da Vinçinin şah əsərini görmək üçün isə ayrı bilet satacaq.
“Biz bununla “Mona Liza”nın müstəsna statusunu vurğulamaq istəyirik”, - de Kar bildirib.
Hazırda Luvr muzeyinə standart biletin qiyməti 22 avrodur.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью