Moderator.az saytına istinadən Icma.az xəbər verir. "Luvrun talan edilməsi mənim üçün təəccüblü deyil - bu, bir vaxtlar böyük ölkənin tənəzz
19 oktyabr səhəri cəmi yeddi dəqiqə ərzində dörd nəfərlik dəstə məşhur Apollon Qalereyasına daxil olaraq Fransa monarxiyasına məxsus doqquz
Moderator.az xəbər verir ki, bu barədə "top15moscow.ru" nəşri yazıb.
Tarixin bərq vuran yadigarı: oğurlanan Luvr xəzinəsi Oğruların hədəfi 18-19-cu əsrlərin kraliça və imperatriçalarına məxsus daş-qaşlar olub.
Oğurlananlar arasında imperatriça Mariya-Luiza Avstriyalıya aid zümrüdlü dəst, kraliça Mariya-Ameliyaya məxsus safirli parüra və Evgeniya de Montixonun brilyantlı diademası da var.
Evginiyanın tacı qaçış zamanı yolda düşüb, lakin 140 karatlıq məşhur "Regent" almazına oğrular toxunmayıb- yəqin ki, çox tanındığı üçün satılması mümkünsüz sayılıb.
Ekspertlərin qiymətləndirməsinə görə, oğurlanan əşyaların ümumi dəyəri on milyonlarla avro təşkil edir.
Lakin bu, sadəcə maddi deyil, həm də mədəni itki sayılır, çünki həmin zinətlər Avropa imperiyalarının siyasi simvolu, güc və zərifliyin bədii ifadəsi olub.