“Luxe Home” şirkətinin tikdiyi binada kran sürücüsü faciəli şəkildə öldü

27.01.2025

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda kran sürücüsü faciəli şəkildə ölüb.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə yanvarın 25-i saat 08 radələrində Hidayətzadə küçəsi 7-də yerləşən “Luxe Home” şirkətinə məxsus yeni inşa edilən binada baş verib.

Belə ki, kran sürücüsü Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Alim Qəhrəman oğlu Ağayev krandan yıxılaraq ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Seymur Əli


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью