Lvbel C5 in avtomobilinə hücum edib, soydular

06.05.2026

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Məşhur reper Lvbel C5 Avropa turniri çərçivəsində üz tutduğu Niderlandda xoşagəlməz hadisə ilə qarşılaşıb. Amsterdamda konsert verməyə hazırlaşan sənətçi gözləmədiyi anda oğruların hədəfinə çevrilib.
Demokrat.az xəbər verir ki, naməlum şəxslər reperin park halındakı avtomobilinin şüşələrini sındıraraq içəridəki dəyərli əşyaları oğurlayıblar. Hadisə saniyələr içində baş verib və oğrular avtomobilin arxa şüşəsini tamamilə yararsız hala salıblar.
Hadisə zamanı Lvbel C5-in içində oyun yüklü olan noutbukunun və digər şəxsi əşyalarının aparıldığı bildirilir.
Reper Amsterdam küçələrində yaşadığı bu dəhşətli anları izləyiciləri ilə bölüşüb. Turnir proqramına davam edən sənətçinin qarşılaşdığı bu hücum pərəstişkarları tərəfindən narahatlıqla qarşılanıb.
Hadisə ilə bağlı araşdırma aparılır. Oğruların kimliyi müəyyənləşdirilir.
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью