Lvovda ağır yol qəzasında azı 7 nəfər ölüb AZƏRTAC

15.12.2024

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kiyev, 15 dekabr, AZƏRTAC

Dekabrın 15-də Lvov yaxınlığında qatar, minik avtomobili və mikroavtobusun toqquşması nəticəsində azı 7 nəfər ölüb, 3 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Lvov vilayəti polisi məlumat yayıb.

"Hadisə Ternopil-Lvov-Rava-Russkaya avtomobil yolunda, Lvov rayonunun Çijikov kəndi yaxınlığında baş verib", - məlumatda deyilir.

“Mercedes” markalı mikroavtobusun sərnişinləri - 7 nəfər qəza nəticəsində yerindəcə dünyasını dəyişib. Yaralılar Lvovdakı tibb müəssisələrinə yerləşdiriliblər.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью