Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tunis yığmasında baş məşqçi istefası zərurətə çevrilib. Səbri Lyamuşi milli komandanın baş məşqçi vəzifəsindən uzaqlaşdırılıb.
"Football-plus.az" xəbər verir ki, bu qərar DÇ-2026-nın qrup mərhələsinin ilk turunda İsveçə 1:5 hesablı ağır məğlubiyyətdən sonra verilib. Lyamuşi Tunis yığmasına bu ilin yanvarından rəhbərlik edirdi.
Onun yerinə Erve Renar təyinat alıb. 57 yaşlı fransalı ilə bağlanan müqavilənin müddəti dünya çempionatının sonuna qədərdi.