Icma.az, Azvision portalına istinadən məlumat yayır. AzVision.az xəbər verir ki, “Politico” nəşrinə müsahibəsində AK sədri getdikcə gözlənil
Onun sözlərinə görə, soyuq müharibənin bitməsindən sonra dünya nizamı heç vaxt olmadığı qədər dərindən dəyişib.
Nəşr son həftələrdə Ursula fon der Lyayenin “etibarlı tərəfdaşlar” axtaran İslandiya, Yeni Zelandiya, Malayziya, Filippin, Kanada, Hindistan və BƏƏ liderləri ilə danışıqlar apardığına diqqət çəkib.
Xatırladaq ki, aprelin 2-də Trampın tətbiq etdiyi qarşılıqlı tariflər Aİ üçün 20%-lin, digər əksər ölkələr üçün isə 10%-lik rusumlar nəzərdə tutur.
Bir həftə sonra daha yüksək tariflər 90 gün müddətinə dayandırılsa da, Aİ-yə 10%, polad, alüminium və avtomobil ixracına isə əlavə 25% rüsumlar qoyuldu.
Bununla belə, AK sədri, əksinə, Avropada sabitliyin olduğunu iddia edib.
Onun sözlərinə görə, Aİ-yə inam, xüsusən də birliyin vətəndaşları arasında artır.
“Eurobarometer” sorğusuna istinad edən xanım Lyayen avropalıların 74%-nin Aİ üzvlüyünü dəstəklədiyini və bunun son 40 ilin ən yüksək göstəricisi olduğunu bildirib.